ABŞ-ın yüksək səviyyəli hərbi missiyası Azərbaycana səfər edəcək

Aprel ayının ortalarında ABŞ-dan Azərbaycana yüksək rütbəli zabitlərin təmsil olunduğu hərbi heyətin səfəri gözlənilir.

APA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, nümayəndə heyətində ABŞ-ın Avropadakı Qüvvələrinin zabitləri təmsil olunacaqlar.

Səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əlaqələrin perspektivləri, o cümlədən ABŞ tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə göstəriləcək yardımlar, kadrların hazırlanması və s. məsələlər müzakirə olunacaq.

Səfər müddətində Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə Bakıda konfrans keçiriləcək.

ABŞ nümayəndə heyətində Silahlı Qüvvələrin müxtəlif növlərini təmsil edən zabitlər təmsil olunacaqlar.

AzNews.az