“iPhone XS” və “iPhone 9”un qiyməti açıqlanıb

Sentyabrın 12-də təqdimata hazırlaşan “iPhone XS”, “iPhone XS Max” və “iPhone 9”un qiymətləri məlum olub.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Macerkorf” saytı “Apple”dakı mənbəsinə istinadən məlumat yayıb.

Alman portalının yazdığına görə, “İPhone 9”un (dəqiq adı hələ bilinmir) minimum qiyməti 799 avro, “iPhone XS” 909, “iPhone XS Plus” isə 1149 avrodur.