Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verən sızma nəticəsində yaranan təhlükənin qarşısı alınıb. Hadisə ilə əlaqədar əraziyə Bərdə Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verən sızma nəticəsində yaranan təhlükənin qarşısı alınıb. Hadisə ilə əlaqədar əraziyə Bərdə Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər.

Yuxarı Qarabağ kanalında təhlükənin qarşısı alınıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verən sızma nəticəsində yaranan təhlükənin qarşısı alınıb. Hadisə ilə əlaqədar əraziyə Bərdə Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, kanalın altında olan köhnə kəhrizin üstü yuyulub açılıb. Nəticədə kanalın suyu sağ sahil boyunca yerləşən kollektora axmağa başlayıb. Görülən operativ tədbirlər nəticəsində suyun yuyub açdığı ərazi bərpa edilib, əhaliyə, kənd təsərrüfatına, yaxınlıqdan keçən kommunikasiya xətlərinə heç bir ziyan dəyməyib.

Hazırda kanalda və kollektorda təmir-bərpa, sahilbərkitmə işləri davam etdirilir, yuyulan hissələr əvvəlki layihə ölçülərinə qaytarılır. (AZƏRTAC)

AzNews.az

image description image description