- Köhnə - Cəmiyyət
- 5 Aprel 2013 15:21
- 3 138
Ziya Məmmədov Qubada vətəndaşları qəbul edəcək
Nəqliyyat naziri Ziya Məmmədov aprelin 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saat 1100-da Quba şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 09-10 aprel tarixlərində nazirliyin rayonlar üzrə müvafiq strukturlarında aparılacaq.
Vətəndaşlardan xahiş olunur ki, əlavə məlumat almaq üçün nazirliyin yuxarıda adı çəkilən rayonlar üzrə müvafiq strukturlarına müraciət etsinlər.
AzNews.az