- Köhnə - Cəmiyyət
- 12 Aprel 2013 10:32
- 2 851
Deputat seçicilərlə görüşdü
Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb
.Şəhər sakinləri ilə fərdi qaydada görüşən millət vəkili onların problemləri ilə maraqlanıb. Sakinlərin əsasən iş, sosial və digər sahələrə dair problemlərini dinləyən deputat onlarla bağlı əlaqədar qurumlara məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Novruz Aslanov 2 il ərzində seçiciləri ilə görüşmək məqsədilə rayona 60-dan çox səfər edib, uzaq dağ kəndlərində əhali ilə səyyar görüşlər keçirib.
AzNews.az