- Köhnə - Cəmiyyət
- 6 May 2013 09:49
- 1 501
“Hər birimiz Mikayıl Cabbarova kömək etməliyik“
Bunu jurnalistlərə sabiq təhsil naziri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.
Mərdanov bildirib ki, hər kəs yeni təhsil nazirinə kömək etməlidir:
"Yeni naziri təbrik edirəm. Hər birimiz ona kömək etməliyik. Çünki təhsil bir idarənin, müəssisənin işi deyil, milli məsələdir".
Mərdanov həmçinin deyib ki, bundan sonra da ictimai-siyasi fəaliyyətlə fəal məşğul olacaq:
"Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm. Bundan sonra da bütün tədbirlərdə fəal iştirak etmək fikrindəyəm".
AzNews.az