“Rafiq Tağını şeytana xidmət edən qurumlar apardılar” “Rafiq Tağını şeytana xidmət edən qurumlar apardılar”

“İndi cəhalət Axundovun dövründən daha güclüdür”- VİDEO

“Rafiq Tağını şeytana xidmət edən qurumlar apardılar”



"Rafiq Tağı cəhalətin qurbanı oldu. Elə dövr yetişib ki, heç bir söz demək olmur. Bir zamanlar Mirzə Fətəli Axundov deyirdi ki, mən bütün dinləri puç və əfsanə hesab edirəm. İndi hansısa yazıçı din haqqında, islam haqında fikirlərini bölüşə, etirazını bildirsə... İndi cəhalət Axundovun dövründən daha güclüdür. Çünki İslam daha çox siyasiləşib və ətrafına daha qəliz mübarizə üsullarını toplayıb". Bu fikirləri Xalq yazıçısı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı yazıçı-publisist Rafiq Tağının anım mərasimindəki çıxışı zamanı səsləndirib.

Millət vəkilini təəssüf hissi ilə deyib ki, Azərbaycanda da İran rejiminə xidmət edən, məkrli işlər çevirən qurumlar, təşkilatlar var: "Azərbaycanda elə qurumlar var ki, Allah və peyğəmbər haqqında dəbdəbəli, gözəl yazılar yazırlar. Ancaq içərilərində şeytan var, şeytana xidmət edirlər. Rafiq Tağını də əslində həmin o şeytana xidmət edən qurumlar apardılar".

Cənubi Azərbaycanda şimala nisbətən daha modern, cəsarətli, axtarışa meylli nəslin yarandığını deyən S. Rüstəmxanlı "Bu onu göstərir ki, Azərbaycan sözü heç vaxt yorulmur. İran rejimi bütün təhdidlərə baxmayaraq, bunun qarşısını ala bilmir" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az