Elnur Rəhimli şəhid qardaşının adının əbədiləşdirilməsini tələb edir Elnur Rəhimli şəhid qardaşının adının əbədiləşdirilməsini tələb edir

Şəhidlər Xiyabanında aclıq aksiyası başladı - Göyçayda

Elnur Rəhimli şəhid qardaşının adının əbədiləşdirilməsini tələb edir




Göyçayda şəhid Qorxmaz Rəhimovun qardaşı Elnur Rəhimli aclığa başlayıb.

E.Rəhimli mayın 24-də günarta saatlarında dövlət orqanlarına yazdığı məktuba cavab alandan sonra aclıq qərarı verib: "Mən qardaşım Qorxmaz Rəhimovun adının əbədiləşdirilməsini istəyirəm. Qorxmaz Qarabağ müharibəsi başlayanda Rusiyada polis əməkdaşı kimi işləyib.

O, Rusiyadakı işini atıb 11 min kilometr qət edib Azərbaycana gəldi və birbaşa Ağdamdakı döyüşlərə qatıldı. Qorxmaz şəhid oldu. Bizim ailəmizin bir istəyi var – Qorxmazın adı əbədiləşdirilsin – adı məktəblərdən və ya küçələrdən birinə verilsin. Hər yerə yazmışam. Başdansovdu cavablar yazırlar".

E.Rəhimli bildirib ki, sonuncu məktubu alandan sonra qardaşının uyuduğu Göyçay Şəhidlər Xiyabanına gedib və elə qardaşının məzarı önündəcə aclıq aksiyasına başlayıb: "Qardaşım vətən uğrunda şəhid olub, mən də onun adının əbədiləşdirilməsi üçün sona kimi mübarizə aparacağam".

Qeyd edək ki, E.Rəhimli bir neçə il öncə Göyçay Şəhidlər Xiyabanında məzarların yenilənməsi üçün büdcə təşkilatlarında çalışanlardan xərac toplanılmasına etiraz etmişdi.//musavat.com//

AzNews.az