- Köhnə - Cəmiyyət
- 25 İyul 2013 11:52
- 903
Vahid Mustafayev Ulviranı işdən qovub? - Yenilənib

Qənirə Ataşova ilə bağlı məqama gəlincə isə V. Mustafayev bu informasiyanın doğru olmadığını qeyd edib.
***
12:44
"Mən işdən çıxmamışam, qovulmamışam. Xəbər yalandır. Əgər işdən çıxarmış olsaydılar, mənə deyərdilər. Hazırda işdəyəm".
AzNews.az-ın məlumatına görə, bu sözləri Lent.az-a açıqlamasında Anspress-dən qovulduğu iddia edilən tanınmış teleaparıcı Ulvira Qarayeva deyib.
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov isə AzNews.az-a açıqlamasında deyib ki, belə bir məlumatdan xəbəri yoxdur: "Mən ANS Şirkətlər Qrupu prezidentinin müşaviriyəm, amma belə bir şey eşitməmişəm. Görünür, mətbuat şirkətimizdə olanları bizdən əvvəl bilir. Ulvira Qarayeva hazırda evdədir, özünü pis hiss edir".
Qeyd edək ki, bu gün "qafqazinfo" saytı iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin iclas keçirdiyini və iclasda Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən qovduğunu yazıb.
Lalə
AzNews.az