Prezident təqaüdü alanların sayı açıqlandı

Son 10 ildə 34 min 961 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və sərəncamlarına əsasən, Prezident təqaüdləri təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son 10 ildə şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.

AzNews.az