- Köhnə - Cəmiyyət
- 5 Avqust 2013 18:59
- 2 102
Ana südü uşaqları daha ağıllı edirmiş
Milliyet qəzetinin xəbərinə görə, bu məqsədlə 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb.
Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Araşdırmaçılar müəyyənləşdirib ki, körpə ikən 6 ay boyunca əmizdirilən uşaqlar heç əmizdirilməyənlərdən 3 bal daha yüksək nəticə göstərib. 7 yaşına çatanda uşaqlar İQ testindən də keçiriliblər. 1 il boyunca əmizdirilən uşaqlar əmizdirilməyənlərlə müqayisədə 4 bal daha yüksək göstərici əldə edib.
Araşdırmaçılar bildirib ki, əgər körpələrdən biri digərindən 1 ay daha artıq ana südü ilə qidalanıbsa, bu, onun zəka göstəricilərinə 1/3 bal təsir edir./musavat.com//
AzNews.az