Magistraturaların boş qalan plan yerlərinə sənəd qəbulu başlayıb

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar bu gündən etibarən sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidir.

Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 19-28 avqustda qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, magistraturaların boş qalan plan yerlərinə sənəd qəbulu avqustun 28-də bitir.

AzNews.az