Londona gedənlər qayıdır

"Milli Şuranın Londondakı görüşləri başa çatdı, artıq Azərbaycana qayıtmağa hazırlaşırıq".

Bunu AzNews.az-a "El" Hərəkatının sədri Eldar Namazov bildirib. Onun sözlərinə görə, bu gün axşam Bakıda olacaqlar: "Bu gün axşam Bakıda olacayıq". Qeyd edək ki, London səfərində Milli Şuranı vahid namizəd Cəmil Həsənli və Eldar Namazov təmsil edib. Milli Şura sədri Rüstəm İbrahimbəyovun bu səfərə qatılacağı deyilsə də, sonradan o, Londona getməkdən imtina edib.

Bahar Rüstəmli
AzNews.az