Teledebata görə 22 qoyunu qurda verən fermer AzNews.az-a danışdı

Yardımlı rayonunun Hamarkəndi sakini Cəmil Rüstəmovun qoyun sürüsünə canavarlar hücum edib. Nəticədə sürüdəki qoyunlardan 20-i ölüb. Daha sonra itkinin sayı 22-yə yüksəlib.

Fermer Cəmil Rüstəmovun AzNews.az-a verdiyi məlumata görə, hadisə dünən axşam prezidentliyə namizədlərin teledebatı efirə verildiyi zaman baş verib. 200 baş kiçik buynuzlu mal-qaranın sahibi olan Rüstəmov prezidentliyə namizədlərin debatlarına baxmaq üçün evə tez - saat 18.00-da gəlib. Sürünü isə oğluna tapşırıb. Hava qaralan kimi sürüyə hücum çəkən canavarlar 20 baş qoyunu parçalayıblar. Fermerin sözlərinə görə, sürüdəki itkinin sayı 25-ə çatacağı barədə baytar artıq ona xəbərdarlıq edib.

Elnur
AzNews.az