Əli Əhmədov ABŞ konqresmeni ilə görüşdü

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieylə görüşüb.

YAP-dan apa-ya verilən məlumata görə, görüşdə prezident seçkiləri ərəfəsində ümumi ictimai-siyasi durum haqqında fikir mübadiləsi aparılıb.

Ə. Əhmədov Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla əlaqədar YAP-ın həyata keçirdiyi seçki taktikası barədə qonağa ətraflı məlumat verib.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasət şöbəsinin əməkdaşı Qreqeri Filips iştirak edib.

AzNews.az