Bakıda yeni ətrin təqdimatı oldu

Salvador Dali 25-dən artıq qadın və kişi ətirlərinin siyahısına birini də əlavə edib.

"Dali Wild" adlanan çiçək və ağac qoxulu yeni ətir qadınlar üçün nəzərdə tutulub. Yeni ətrin Bakıda da təqdimatı keçirilib. "Dali Wild"i Fransanın Cofinluxe şirkətinin prezidenti Jan Pyer Qrivori təqdim edib. Prezident 1983-cü ildə yaradılan "ART PERFUME" Les Parfums Salvador Dali-nin onun şirkətinin bir hissəsinə çevrildiyi 30 illik tarixə nəzər salıb. Jan-Pyer Qrivernin sözlərinə görə, yeni ətir qadınlar üçün nəzərdə tutulub. Ağ güllər və nadir ekzotik ağac növləri ilə zənginləşdirilib.

Ruhiyyə
AzNews.az