Nazir Vendi Shermanla görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Sherman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirakı ilə bağlı Nyu-Yorka səfəri çərçivəsində baş tutub.

Görüş əsnasında Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə əlaqədar vəziyyət kimi məsələlər müzakirə edilib.

AzNews.az