- Köhnə - Cəmiyyət
- 2 Oktyabr 2013 11:00
- 4 089
Təhsil naziri valideynlərə müraciət etdi
Nazir təhsil müəssisələrində belə halların baş verməsinə qarşı mübarizə aparacaqlarını da bildirib.
M.Cabbarov orta məktəblərdə dərslik təminatında bəzi problemlərin yaranması ilə bağlı yayılan bəzi məlumatlara da aydınlıq gətirib.
Nazirin sözlərinə görə, ona dərslik təminatı ilə bağlı problemlərin həll olunması barədə məlumat verilib. Ancaq əgər valideynlər dərslik təminatı ilə bağlı problemlərlə rastlaşarlarsa və bu barədə nazirliyiə müraciət edərlərsə, TN bu məsələyə hər zaman operativ reaksiya verməyə hazırdır.
Nazir onu da əlavə edib ki, valideyn himayəsindən məhrum olan uşaqlar ödənişli təhsil aldıqda belə dövlət onların təhsil xərclərini öz üzərinə götürür.
O, belə uşaqların sosial həyata inteqrasiyası üçün addımların davam etdiriləcəyini də söyləyib.
AzNews.az