“760-dan çox tələbə xaricdə təhsil alacaq“

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlərin mütləq əksəriyyəti başa çatdırılıb.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, artıq 760-dan çox azərbaycanlı gənc dövlət proqramının iştirakçısı adını qazanıb: "Bu da ötən illə müqayisədə daha yüksək rəqəmdir. Bu il ilk dəfə olaraq hər bir iştirakçı ilə fərdi müsahibənin həyata keçirildiyini nəzərə alsaq yəqin ki, bu iş üçün lazım olan insan resursunun və işin təşkilini qiymətləndirmək olar. Builki prosesi çox uğurlu hesab edirəm. Belə ki, dövlət proqramı çərçivəsində çox sayda tələbə xaricdə təhsil alacaq".

Nazir, proqramın müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqləndiyini deyib.

AzNews.az