Təcili yardımdan seçki günü ilə bağlı açıqlama

"Havadan, gündən asılı olmayaraq həmişə gücləndirilmiş iş rejimində işləyirik"


Bunu lent. az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, hər zaman olduğu kimi bu gün də təcili yardım gücləndirilmiş iş rejimində işləyəcək.

Baş həkimin müavini onu da vurğulayıb ki, seçki məntəqələrinin hər birinin tibbi yardımla təchiz etmək mümkün deyil: "Çünki nə o qədər həkim heyətimiz, nə də tibbi yardım maşınımız var".

O. Şahmalıyevin sözlərinə görə, əgər hansısa məntəqədən tibbi yardıma müraciət olunarsa, həmin məntəqəyə həkim briqadası göndəriləcək.


AzNews.az