- Köhnə - Cəmiyyət
- 21 Oktyabr 2013 20:22
- 3 467
Millət vəkilləri Gülər Əhmədovanı haqlı sayır
Bu sözləri "Axar.az"a açıqlamasında Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov dedi. O bildirdi ki, beynəlxalq təşkilatların məhkum xanım haqqında səsləndirdiyi fikirlər onun hüquqlarının pozulmasıdır:
"ATƏT"in Bakı ofisinin, ABŞ Dövlət Departamentinin, o cümlədən digər beynəlxalq təşkilatların məhkəmə qərarı olmadan belə bir fikir səsləndirmələri qeyri-obyektiv olmaqla yanaşı, həm də həbsdə olan bir xanımın hüquqlarını kobud şəkildə pozmaqdır".
Siyavuş Novruzov keçmiş millət vəkilinin məhkəmə prosesində iştirakın YAP üçün maraqlı olmadığını da dedi:
"Bizim YAP olaraq o məhkəmədə iştirak etməyimizin heç bir mənası yoxdur. Çünki Gülər Əhmədova məhkəmə prosesində iştirak etmək üçün onun hüquqlarını pozan tərəfləri dəvət edib. ABŞ Dövlət Departamentinin, ATƏT-in Bakı ofisinin və Milli Şuranın seçkidəki namizədi Cəmil Həsənlinin məhkəmədəki iştirakından söz gedə bilər. Çünki məhz onlar Gülər Əhmədovanın "təqsirsizkik prizumpsiyası" hüququnu pozub. Gülər Əhmədova da məhz onlara sözünü demək üçün çağırır".
Məhkəmədə iştirak mümkündür
Gülər Əhmədovanın məhkəməsi barədə danışan millət vəkili Zahid Oruc da onun hüquqlarının pozulduğu fikrində olduğunu dedi. "Axar.az"a danışan millət vəkili onu da dedi ki, bu məsələni siyasiləşdirməyə və iqtidarın üstünə hücum çəkməyə hazır olan xüsusi dairələr var:
"Əgər sırf hüquqi müstəvidə qiymət verilməlidirsə, məhkəmə qərarı olmayan bir insan haqqında cinayətkar demək qanunsuzdur. Bu, insan hüquqlarının pozulmasıdır.
Zahid Oruc Gülər Əhmədovanın məhkəmə prosesinidə iştirak edə biləcəyini də açıqladı:
"Əgər Gülər Əhmədova məhkəmə prosesində geniş ictimai dairələrin iştirakını və bu prosesdə nəzarətin və izləyənlərin çoxalmasını istəyirsə, niyə də olmasın. Məhkəmədə iştirak barədə düşünmək olar. Bizim istəyimiz odur ki, məsələ məhkəmə və hüquq sistemi çərçivəsində saxlanılsın. Bunu siyasiləşdirib və barıt çəlləyinə çevirib, əllərini onun üzərində qızdırmaq istəyənlərin istəklərinin baş tutmasına imkan vermək olmaz".
AzNews.az