- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2013 09:02
- 2 185
Zəminə Əliqızı: “Nə “işdən çıxarılmışam“, nə də...”
Açıqlamada bildirilir: " Bu günlərdə haqqımda yayılan xəbərlərlə bağlı bir açıqlama verməyi özümə borc bildim. Əvvəla, ilk növbədə ünvanıma xoş sözlər səsləndirən dostlarıma təşəkkür edirəm. Çox sağ olun!Əskik olmayasız!
Fəaliyyətə başladığı ilk vaxtdan çalışdığım, ikinci evim hesab etdiyim doğma kollektivim olan Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu gündən yeni vəzifəmdə işə başlayıram. Təhsil naziri Mikayıl Cabbarovun 3 gün əvvəl imzaladığı əmrə müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Aparatında Baş məsləhətçi kimi xidmətimi davam etdirəcəm. Mən bu vəzifəyə öz xahişimlə təyin olunmuşam. Nə "işdən çıxarılmışam", nə də "uzaqlaşdırılmışam".
Dövlət idarəetməsi üzrə mütəxəssis ixtisasıma uyğun olaraq işlədiyim İdarənin daha da böyük uğurlar qazanmasında bundan sonra da vicdanla çalışacam.
"Bakı Təhsili" qəzetinə gəlincə. Bilməyənlər bilsinlər! "Bakı Təhsili" adlı qəzetin təsisçisi şəxsən özüməm. Məntiqlə təsisçisi olduğum qəzetdən özüm - özümü uzaqlaşdıra bilmərəm.
Əminəm ki, dövlətimizin və Nazirliyimizin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qarşısında qoyduğu məqsəd və vəzifələrin peşəkar səviyyədə reallaşdırılması üçün Nailə Rzaquliyevanın rəhbərliyi altında fəaliyyətimiz daha da genişlənəcək. Biz, çoxlu ilklərin müəllifi olan kollektivimizlə prinsiplərimizə sadiq qalaraq hələ çoxlu uğurlar qazanacağıq. Allah hamımıza kömək olsun!"
Elnarə
AzNews.az