“Bəzi hallarda qiperdiaqnostikaya yol verilir” “Bəzi hallarda qiperdiaqnostikaya yol verilir”

“Qeysəriyyə nəsil vermə qabiliyyətini azaldır“- Video

“Bəzi hallarda qiperdiaqnostikaya yol verilir”



Azərbaycanda hər il 30 minə yaxın uşaq keysəriyyə kəsiyi yolu ilə dünyaya gəlir ki, bu da doğuşların 17-20 %-ni təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu rəqəm 15 %-i keçməməlidir. Keysəriyyə kəsiyi əməliyyatı ilə uşaq dünyaya gətirmənin dəb halını almasının bir sıra səbəbləri var.

Keysəriyyə kəsiyi planlı şəkildə aparıldığından həkim əziyyət çəkmir. Həmçinin keysəriyyə pulsuz əməliyyat sayılsa da, reallıqda ən azı 1000 manata başa gəlir. Yəni bəzi həkimlərin şəxsi marağı hər şeyi üstələyir. Digər tərəfdən doğuş sancısı çəkmək gənc anaları o qədər qorxudur ki, daha asan yolla - keysəriyyə kəsiyi əməliyyatı ilə uşaq dünyaya gətirmək istəyirlər. Bu isə bəzən ananın həyatına son qoyur. Ona görə də hamilə qadınlar bu və digər təhlükələrlə bağlı məlumatlandırılmalı və psixoloji olaraq təbii doğuşa hazırlanmalıdır.

Həkim-ginekoloq, Mahirə İsmayılova hesab edir ki, bu cür əməliyyatlar nəsil vermə qabiliyyətini azaldır: "Bəzi hallarda qiperdiaqnostikaya yol verilir və bu xanımların həkimlərə qarşı tələblərindən irəli gəlir. Keysəriyyə nəsil vermə qabiliyyətin azaldır, bilirsiniz ki 3 keysəriyyə əməliyyatı ola bilər".

Həmçinin əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması kimi hallar olur. Onlar allergik xəstəliklərə daha çox meyilli olurlar. Bütün bunlar isə onu göstərir ki, keysəriyyə kəsiyi əməliyyatlarının fəsadları üstünlüklərindən daha çoxdur.

Əslində keysəriyyə kəsiyi əməliyyatlarına Azərbaycan qanunları iki halda icazə verilir. Ananın orqanizmi təbii doğuşa imkan vermədikdə və doğulacaq körpənin həyatı üçün təhlükə olduqda. Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyir ki, hətta analar nə qədər istəsə də həkimlərin buna getməməlidirlər.

Millət vəkili, Məlahət İbrahimqızı isə bunun üçün Səhiyyə nazirliyi rəsmilərinin xüsusi rəyinin olmasını vacib sayır: "İstənilən halda həkim bu yola getməməldir. Həkim qadının ailə üzvlərinin təkidinə baxmamalıdır. Keysəriyyə ancaq Səhiyyə Nazirliyinin müvafiq komissiyasının göstərişi ilə olmalıdır".

İnzibati xətalar məcəlləsinə edilən son dəyişikliyə əsasən ehtiyac olmadan keysəriyyə əməliyyatının keçirilməsinə görə 5 min - 15 min manat arasında cərimə nəzərdə tutulur. Hüquqşünaslar isə cərimələrlə yanaşı cəzalara da ehtiyac görürlər.

"Müəssisəni aylıq gəliri 100 mindirsə beş on min cərimə onu çəkindirməyəcək. Elə olmalıdır ki onun sonrakı fəaliyyəti ciddi təhlükə qarşısında qalsın. Şəffaflığı təmin etmək, qeydiyyat sistemində bu tip əməliyyatların qeydiyyata salınmasını təmin etmək. Vətəndaşların marifləndirməsinə çalışmaq və eyni zamanda cəzaları sərtləşdirmək bunlar hamısı bir arada tətbiq olunarsa, dövlət qurumun ciddi nəzarəti olarsa cəmiyyət təhlükə gələn yeri görüb özü özünü tənzimləyəcəkdir" - deyə Hüquqşünas Ələsgər Məmmədli bildirib.

Ələsgər Məmmədli həm də bu tip əməliyyatlar zamanı ana ölümünə görə həkimlərə kəsilən cəzaların sərtləşdirlməsinə ehtiyac görür. Hesab edilir ki, əgər həkim məsuliyyətsizliyi ağır cinayət kimi qəbul edilərsə bunun qarşısını almaq olar.(anspress)