- Köhnə - Cəmiyyət
- 4 Noyabr 2013 12:13
- 3 402
Sabiq komissar Səfər Əbiyevlə münasibətlərindən danışdı
Bunu açıqlamasında Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov bildirib.
O deyib ki, Zakir Həsənov çox bacarıqlı və ağıllı generaldır. Ə.Hüseynov deyib:
"Yaxşı olar ki, yaşı ötmüş hərbçilər istefaya getsin, yerlərinə daha gənc və bacarıqlı zabitlər, generallar gətirilsin".
Ehtiyatda olan general yeni müdafiə nazirinin fəaliyyətini də qiymətləndirib: "Yeni nazirin fəaliyyəti ilə yaxşı tanışam. Mən Respublika Hərbi komissarı vəzifəsində çalışan zaman Zakir Həsənov da Daxili Qoşunların komandanı olub. Mən 13 il bu sahədə çalışmışam. Biz hər zaman məsləhətləşib iş aparmışıq. Mən Zakir Həsənovun yeni kadr təyinatlarını da alqışlayıram. Çünki o doğru kadr islahatı aparır".
Keçmiş müdafiə naziri Səfər Əbiyevlə münasibətlərinə də toxunan Ə.Hüseynov deyib:
"Mən öz ərizəmlə istefaya getmişəm. Digər tərəfdən isə Səfər Əbiyevlə bir yerdə çalışan zaman onunla normal münasibətlərim olub.
Hətta, vaxtlı-vaxtında rütbəmi və təyinatımı almışam. Ola bilər ki, hər hansı çatışmazlıq olsun. Ancaq Səfər Əbiyev ölkənin müdafiə naziri, mən isə onun tabeçiliyində olan adam olmuşam və istefaya da cənab nazirin əmri ilə getmişəm. İndi mən nə ixtiyarla onunla normal münasibətdə olmaya bilərdim?".(publika.az)