- Köhnə - Cəmiyyət
- 15 Noyabr 2013 11:44
- 3 874
Fikrət Məmmədov: “Məhkəmələrdə qanun pozuntularına yol verilir”
Bunu Ali Məhkəmənin Plenumunda çıxışında ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir bildirib ki, bu sahədə Azərbaycanda kompleks tədbirlər görülür: "Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzalarının göstəriciləri yüksəkdir. Bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir".
F. Məmmədovun sözlərinə görə, bunun nəticəsidir ki, ötən dövr ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 39 hakim ciddi intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib.
AzNews.az