- Köhnə - Cəmiyyət
- 15 Noyabr 2013 18:45
- 3 653
Qəbələ Bəyannaməsi qəbul edilib
Tədbirdə Ümumdünya Gömrük Təşkilatının texniki attaşesi Donald Tan "Əlaqələndirilmiş sərhəd idarəçiliyi", Azərbaycanın Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı "Ticarətin sadələşdirilməsi kontekstində hüquq-mühafizə tədbirləri", Gürcüstan Gəlirlər Xidmətinin beynəlxalq əlaqələr idarəsinin rəisi Samson Uridia "Gömrük islahatları: reallıqlar və perspektivlər", Serbiya Gömrük Xidmətinin Avropa İttifaqına inteqrasiya şöbəsinin rəisi Diana Dindic "ÜGT-nin Çərçivə Standartlarının Serbiyada həyata keçirilməsi-SEED" mövzusunda məruzə edib.
Tədbirdə İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin asanlaşdırılması və əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
İki gün davam edən forumun sonunda Qəbələ Bəyannaməsi qəbul olunub.
AzNews.az