Əlillər Günü qeyd edildi – Mingəçevirdə

Gənclər üçün Təhsil Mərkəzi 3 dekabr - Beynəlxalq Əlillər Gününü Mingəçevir şəhərində qeyd edib.

Buradakı fiziki qüsurlu uşaq və gənclərin iştirakı ilə tədbir düzənləyiblər.

AzNew.az xəbər verir ki, tədbirdə Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışarkən uşaq və gənclərin inkişafı istiqamətində görülən işlərə toxunub.

Tədbirdə sağlamlıq imkanları məhdud olan uşaqların hər kəslə bərabərhüquqlu olduqları və hər yerdə eyni imkanlardan yararlana biləcəkləri diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçılarının Mingəçevir şəhərinə avtobus turu təşkil olunub. Tur çərçivəsində bir sıra mədəniyyət ocaqlarına səfər edilib, Mingəçevir Gənclər Evində və orta məktəblərdən birində olublar.

Səfərlər bitdikdən sonra, tədbir iştirakçılarının iştirakı ilə mədəni proqram təşkil olunub və uşaqlara hədiyyələr verilib.

AzNews.az
image description image description image description image description