Səlim Müslümov daha bir məmuru cəzalandırdı – Görüşdə

AzNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu gün Siyəzəndə vətəndaşları qəbul edib. Nazirliyin Siyəzən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Xızı rayonlarının sakinləri üçün qəbul keçirib. Qəbulları hadisəyə çevrilən nazir vətəndaşlarla görüşündə Nazirliyin daha bir işçisi barədə qərar qəbul etməli olub. Görüş iştirakçılarından AzNews.az-a verilən məlumata görə, S.Müslümov görüşdə Nazirliyin daha bir işçisi barədə hazırkı işindən uzaqlaşdırma qərarı verib. Belə ki, vətəndaşlardan eşitdiyi şikayətlər əsasında şöbənin Bayram adlı əməkdaşının başqa bir işə keçirilməsinə göstəriş verib.

Ruhiyyə
AzNews.az