- Köhnə - Cəmiyyət
- 13 Dekabr 2013 16:16
- 2 338
Xorvatiyanın baş naziri Azərbaycana gələcək

Xorvatiya hökumətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baş nazir "Şahdəniz" konsorsiumunun "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının elan olunması mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Z.Milanoviçin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, energetika, gəmiqayırma, infrastruktur və turizm sahələrinə investisiya qoyuluşları müzakirə olunacaq.(apa)