- Köhnə - Cəmiyyət
- 25 Dekabr 2013 15:34
- 2 723
Ağdaşla - “Haqq-hesab” - FOTO
Prezident İlham Əliyevin sərəncamına əsasən 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb.
Bununla yanaşı rayonda Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti və YAP-ın Ağdaş rayon təşkilatı üçün inzibati binalar, həmçinin FHN-in Yanğından Mühafizə İdarəsi üçün yeni bina tikilir.
İl ərzində 7 kənd məktəbi üçün yeni binanın tikilib istifadəyə verilib. 5 kənddə məktəb binaları, həmçinin 1 məktəbəqədər tərbiyə müəssisəsinin inşaat davam edir.
Qeyd edək ki, hazırda rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 1qəsəbə olmaqla 72 kənd vardır. Rayon əhalisinin sayı 102 min nəfərdən artıqdır.
Ağdaş rayon İcra Hakimiyyətinə Tofiq İbrahimov başçılıq edir.
AzNews.az