- Köhnə - Cəmiyyət
- 12 Fevral 2014 11:21
- 4 609
Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - Qardaşı danışdı

Sabiq nazirin qardaşının bununla bağlı AzNews.az-a açıqlaması kifayət qədər sərt olub:
"Məndən niyə soruşursunuz, gedin onu Fərhad Əliyevdən soruşun".
AzNews.az-ın əldə etdiyi məlumata görə isə, Fərhad Əliyev İngiltərədə mülk sahibidir və onu İngiltərədəki əmlakının qiyməti bir milyondan artıq civardadır. Bundan başqa F. Əliyevin oğlu da bu ölkədə ali təhsil alır. Belə olan halda isə, onun siyasi sığınacaq almadan da həmin ölkədə yaşamaq hüququ var.
Bununla bağlı fikirlərini öyrəndiyimiz Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də Britaniya qanunlarının Fərhad Əliyev kimi şəxslərin orada sığınacaq olmadan da yaşamasına imkan verir:
"Mən Fərhad Əliyevin həmin ölkədə hansı mülklərinin olması barədə dəqiq bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bu ölkənin qanunlarına görə, evi olan şəxsin İngiltərədə yaşaması üçün sığınacaq, xüsusən də siyasi sığınacaq almasına zərurət görülmür. Yəni Fərhad Əliyevin Londonda yaşamaq üçün imkanı olduğu təqdirdə, əlavə olaraq siyasi sığınacaq almasına dair şərhlər inandırıcı görünmür".
Xatırladaq ki, "Yeni Müsavat" qəzeti sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsdən çıxdıqdan sonra İngiltərədən siyasi sığınacaq aldığına dair xəbər yayıb. Qeyd edək ki, Fərhad Əliyev və qardaşı "Azpetrol" şirkətinin prezidenti Rafiq Əliyev 2013-cü ilin oktyabrın 14-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.
AzNews.az