- Köhnə - Cəmiyyət
- 26 Fevral 2014 12:15
- 4 099
Təhsil Nazirliyindən Ukraynadakı tələbələrimizlə bağlı açıqlama

AzNews.az sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycan Respublikası vətəndaşlarının ikitərəfli müqavilələr əsasında Azərbaycana ayrılan təqaüdlər hesabına və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Ukrayna ali məktəblərində təhsil almırlar.
Qeyri-dövlət xətti ilə Ukrayna ali məktəblərində təhsil alan tələbələrin isə Təhsil Nazirliyində qeydiyyatı aparılmır və Nazirlikdə onlara dair statistik məlumat mövcud deyil.
Amid
AzNews.az