- Köhnə - Cəmiyyət
- 4 Mart 2014 18:32
- 9 252
“Azərsu” üçün nəhəng ofis binası tikilir

Lent.az-ın məlumatına görə, ofis binası Heydər Əliyev prospektində, Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir. Tikintiyə keçən il başlanılıb və 2015-ci ildə binanın açılışı planlaşdırılır.
Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36326 kvadrat metr nəzərdə tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, proyekti Almaniyanın tanınmış şirkətlərindən olan "Heerim" idarə edir və tenderdə qalib gəlmiş Koreyanın "Halla" şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.
AzNews.az