- Köhnə - Cəmiyyət
- 14 Mart 2014 16:32
- 1 997
Zakir Həsənov: “Ordumuz NATO standartlarına uyğunlaşdırılır“

Bunu jurnalistlərə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənov bildirib ki, bütün bunlar həyata keçiriləndən sonra ilk növbədə orduda nizam-intizam gücləndiriləcək: "İkinci növbədə isə əsgərlərimiz döyüş hazırlığı ilə məşğul olmaq üçün daha çox vaxt əldə edəcəklər".
Nazirin sözlərinə görə, ordu quruculuğu elə bir məsələdir ki, islahatlar daim həyata keçirilir: "Gündən-günə yeni müasir silahlar, avadanlıqlar alınır".
Z.Həsənov qeyd edib ki, bunların hamısının zabit və əsgərlər tərəfindən istifadə olunması üçün təbii ki, müxtəlif tədbirlər həyata keçirmək lazımdır: "Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verib. Bu tapşırıqlar yerinə yetirilib və davam etdiriləcək".
AzNews.az