Nərimanovda qan xəstəliklərindən əziyyət çəkənlər üçün AKSİYA

Bu gün Nərimanov rayonunda mərhum, eks-prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı qanvermə aksiyası keçirilib. Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiayası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən aksiya təşkilatın qərargahında olub.

AzNews.az xəbər verir ki, bu aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər və s. iştirak ediblər. Əvvəlcə bir qayda olaraq müayinədən keçənlərdən qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Məlumat üçün bildirək ki, aksiyadan yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Xəyalə
AzNews.az