Nəcməddin Sadıkov beynəlxalq tədbirdə

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov NATO tədbirində iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu gün Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına yola düşüb.

O, mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak edəcək.

AzNews.az