Əfsanəvi futbolçunun dəfninin tarixi açıqlandı - VİDEO + FOTO

Azərbaycan əfsanəvi futbolçusu Ələkbər Məmmədovla vida mərasimi avqustun 4-də keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Ələkbər Məmmədovla vida mərasimi Bədən Tərbiyəsi və İdman Akademiyasında saat 13.00-dan 15.00-dək keçiriləcək.
Məşhur futbolçu 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Ələkbər Məmmədov iyulun 29-da yaşadığı mənzilində dünyasını dəyişib. Məşhur futbolçunun ölümündən 3 gün sonra xəbər tutulub.

Ələkbər Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub.
Ələkbər Məmmədov Bakının "Neftçi" (1948—1953, 1960—1962), Moskvanın "Dinamo" (1954—1959) komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. Beynəlxalq oyunlarda iştirak edib.
SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısı olub. Bakının "Neftçi" komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub.

Ə. Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının idman hazırlığı kafedrasının müdiridir.

O, 1960-cı ildə "SSRİ-nin əməkdar idman ustası", 1990-cı ildə isə "SSRİ-nin əməkdar məşqiçisi" fəxri adına layiq görülmüşdür.







Məhəmməd
AzNews.az