- Köhnə - Cəmiyyət
- 3 Sentyabr 2014 11:08
- 2 654
DİN-dən Oazisdəki dava ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi dünən axşam paytaxtın məşhur restoranlarından birində baş verən insidentlə bağlı açıqlama verib.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə dünən 23:00 radələrində baş verib: "Hələlik şəxsiyyətləri müəyyənləşməyən iki nəfər xuliqanlıq zəminində 3 nəfəri bıçaqlayıb. Yaralılara ilkin müdaxilə edildikdən sonra xəstəxanadan buraxılıblar, vəziyyətləri yaxşıdır. Hazırda həmin şəxslərin axtarış tədbirləri davam etdirilir".
AzNews.az