“Amerikada kitabıma qadağa qoyulması...” - Əkrəm Əylisli

“Mənim kitabımın o siyahıda olmağı nə mənə, nə Azərbaycana, nə də Azərbaycan oxucusuna başıaşağılıq gətirmir”.


Bunu AzNews.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib. O, bildirib ki, "Amerika Kitabxanalar Assosiasiyası" (ALA- American Library Association) dünyada ən sanballı, çox vicdanlı təşkilatdır: "O təşkilat dünyada kitab mühüti ilə məşğul olan insanlar toplumudur. Əgər onlar yazıbsa düzdür. Amma mən nə deyə bilərəm? Mənim o siyahıdan xəbərim var. Siyahıda çox əfsanəvi insanların adı var. O insanlar ki, ancaq öz zamanlarında yazıblar. Söhbət bu günün yazıçılarından getmir. Bütün dövlər ərzində kitabları təqib olunan yazıçılar var".

Qeyd edək ki, "qafqazinfo"nun məlumatına görə, yazıçı Əkrəm Əylisinin "Daş yuxular" əsəri "Amerika Kitabxanalar Assosiasiyası" (ALA- American Library Association) da qadağan olunmuş kitablar siyahısına salınıb.

Xatırladaq ki, Əkrəm Əylisli Nobel Sülh Mükafatına Namizəddir və mükafatın qalibi oktyabrın 10-da açıqlanacaq.


Bahar RÜSTƏMLİ
AzNews.az