Sovetlər dönəmində orta məktəblərdə xarici dil kimi rus dilinə ciddi marağın olması haqda hər kəs bilir. Hətta, bu dil bir çox sovet respublikalarına öz ana dilləri bahasına da başa gəlib. Sovetlər dönəmində orta məktəblərdə xarici dil kimi rus dilinə ciddi marağın olması haqda hər kəs bilir. Hətta, bu dil bir çox sovet respublikalarına öz ana dilləri bahasına da başa gəlib.

Rayonlarda ingilis dili necə tədris olunur? – ARAŞDIRMA (VİDEO)

Sovetlər dönəmində orta məktəblərdə xarici dil kimi rus dilinə ciddi marağın olması haqda hər kəs bilir. Hətta, bu dil bir çox sovet respublikalarına öz ana dilləri bahasına da başa gəlib.



AzNews.az xəbər verir ki, Azərbaycanda isə belə təhlükə olmayıb və ziyalılarımızın səyi nəticəsində dilimizin lüğət fondu daima xarici təsirlərdən qorunub, lakin qloballaşan dünyamızda bu gün ən azı ana dilimiz qədər xarici dillərin də öyrənilməsi vacib məsələlərdəndir.

Dünyada informasiya texnologiyaları, eləcə də siyasət dili hesab olunan ingilis dili orta məktəblərimizdə lazımınca tədris olunurmu? Bu suala cavab tapmaq üçün Cəlilabad rayonunda araşdırma aparılıb.

Məlum olub ki, şagirdlərin bir çoxu bu dilə ciddi maraq göstərsələr də heç də bu maraq onların xarici dili lazımınca qavramasına imkan vermir. Rayonun 4 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləri arasında gördüklərimiz heç də ürəkaçan deyildi.
Gördüyünüz kimi, müəllim hər vəchlə şagirdlərə ingilis dilində danışmağı təkid etsə də təəssüflər olsun ki, şagirdlər bunu sükütla qarşılayıb.
Tədricən bəlli olub ki, sinifdə 1nəfərdən savayı heç bir şagird hər gün çiyinlərində daşıdıqları ingilis dili kitabından normal mətn belə tərcümə edə bilmir. Elə bu səbəbdən müəllim digər siniflərdən daha bilikli şagirdləri sinfə gətirsə də bu da fayda verməyib. Mövcud vəziyyətdən çıxış yolu kimi ingilis dili müəlliməsi şagirdlərin xarici dil səviyyəsinin son dərəcə acınacaqlı olmasına bəraət qazandırmağa çalışıb.

İngilis dilini tədris edən müəllim sagirdlərin xarici dil vərdişlərinə yiyələnməməsini həftəlik dərs saatlarının azlığı ilə əlaqələndirib.

Şagirdlərin xarici dildəki bilik və bacarıqları ilə tanış olmaq üçün növbəti təhsil ocağı Cəlilabad rayon 1 saylı Uzuntəpə kənd orta məktəbi olub. Bu məktəbdə də müəllim şagirdləri danışdırmağa çalışsa da buna müəssər ola bilməyib.

Cəlilabad məktəblərində şagirdlərin xarici dildəki bilik və bacarıqlarının son dərəcə aşağı olması rayon səviyyəsində xarici dillərin heç də ürəkaçan səviyyədə tədris olunmamasından xəbər verir.