Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir.

Bilik Fondu Dövlət İdarəçilik Akademiyasında görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ali məktəblərdə görüşlərini davam etdirir.



Fondun İnformasiya Təminatı sektorundan verilən xəbərə görə, bu gün Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçılık Akademiyasının professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşüblər.

DİA-nın rektoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərov bildirib ki, ölkə əhalisinin maarifləndirilməsi işində Bilik Fondunun üzərinə böyük vəzifələr düşür. Sosial məsuliyyət baxımından hər bir ziyalının bu qurumun işinə dəstək verməsi vacibdir.

Universitetlərlə sıx əlaqələr təhsilin inkişafına, cəmiyyətin tərəqqisinə təkan verəcəkdir. Rektor rəhbərlik etdiyi təhsil ocağının Fondun layihələrində yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.

Tədbir iştirakçılarına Fondun tanıtım filmi nümayiş olunub, O.Səmədov həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

İştirakçılar Bilik Fondunun qısa müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında məlumatları, cəmiyyətin maarifləndirilməsinə xidmət edəcək layihələr haqqında bilgiləri maraqla qarşılayıblar.

Akademiyanın əməkdaşları hüquqi maarifçiliyin zərurətindən, milli-mənəvi dəyərlərin təbliğində alimlərin iştirakının vacibliyindən danışıblar və Bilik Fondunun layihələrinə məmnuniyyətlə qatılacaqlarını vurğulayıblar.