Tarixdə bu gün: 22 aprel Tarixdə bu gün: 22 aprel

Həsən Əblucun bu gün 73 yaşı tamam oldu

Tarixdə bu gün: 22 aprel


Tarixdə bu gün aprelin 22-də dünyada Yer Günü (Earth Day) kimi qeyd olunur. Dünyada sülhün, Yer üzündə ekoloji sabitliyin qorunması devizi altında qeyd olunan gün ilk dəfə 1970-ci ildə ABŞ-da keçirilib. 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən beynalxalq gün kimi təsis olunub.

1073 – VII Qriqoriy Roma Papası seçilib.

1370 – Fransada Bastiliya qalasının tikilişinə başlanılıb.

1509 – VIII Henrix atasının ölümündən sonra İngiltərənin hökmdarı olub.

1707 — İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: "Cozef Edrüsün macəraları", "Tom Consun hekayəti", "Emiliya" və s.

1724 - Böyük filosof, klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: "Saf idrakın tənqidi", "Mənəviyyat metafizikasının əsasları" və s.

1766 - Fransız yazıçısı Anna Luiza Jermena de Stal (Anne-Louise Germaine de Stael-Holstein, 1766-1817) anadan olub. Əsərləri: "Korinna", "Delfina", "Melina" və s.

1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər.

1831 - Talış (Lənkəran) xanlığı ərazisində çar Rusiyası müstəmləkəçiliyi əleyhinə üsyan məğlub olub. Üsyan mart ayında keçmiş Talış xanı (xanlıq 1826-cı ildə ləğv olunmuşdu) Mir Həsən xanın rəhbərliyi ilə başlanmışdı.

1870- Sovet lideri V.İ.Lenin anadan olub.

1894 - Xalq artisti, teatr və kino aktoru Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Milli Dram Teatrında, Bakı Türk İşçi Teatrında, Musiqili Komediya Teatrında işləyib. "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərdə maraqlı obrazlar yaradıb.

1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: "Maşenka", "Bəxşiş", "Lujin müdafiəsi", "Qətlə dəvət", "Lolita" və s. Bir sıra əsərləri ekranlaşdırılıb.

1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış "Həyat" qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları Cümhuriyyət qurucularından olan yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu (Ağayev) və böyük türkçü mütəfəkkir Əlibəy Hüseynzadə idi.

1907 - Rus fantast-yazıçısı İvan Yefremov (1907-1972) anadan olub. Əsərləri: "Andromedanın dumanlığı", "Ülgücün tiyəsi" və s.

1909 – Rus yazıçısı Vadim Koşevnikov (1909-1984) anadan olub. Əsərləri: "Sübhə doğru", "Qalxan və qılınc", "Tanış olun, Baluyev".

1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olub.

1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sayca altıncı hökumət kabinetinin təşkili iflasa uğrayıb. Parlamentdəki fraksiyalar arasında ciddi fikir ayrılığı səbəbindən Məmmədhəsən Hacinski ("Müsavat") yeni kabinetə rəhbərlik etməkdən imtina edib və bolşeviklərin sırasına (Azərbaycan K(b)P) keçib.

1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus Charles Mingus) (1922-1979) anadan olub.

1937 - Amerika aktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə "Oskar"a layiq görülüb. Filmləri: "Çin məhəlləsi", "Qu quşunun yuvası üzərindən uçuş", "Canavar" və s.

1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluc (1942 – 13.3.1994) Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Teatr, televiziya tamaşalarında, kinoda maraqlı obrazlar yaradıb.

1983 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909, Bakı –1983) vəfat edib. "Sevil (1929)", "Almaz (1936)" filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

1994 – ABŞ-ın 37-ci prezidenti Riçard Nikson vəfat edib.

1996 - Prezident Heydər Əliyevin Brüsselə səfəri gedişində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Saziş Azərbaycanda iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçidin dəstəklənməsi, demokratiyanın möhkəmlənməsi, sosial, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində AB-nin dəstək və yardımını əhatə edir. 2004-cü ilin mayında prezident İlham Əliyevin Brüsselə səfəri zamanı AB-yə yeni üzvlərin qoşulması ilə əlaqədar olaraq Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə Əlavə Protokol imzalanıb.