“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt istiqamətində dəmir yolu xətinin çəkilməsi üzrə təmir işlərini davam etdirir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt istiqamətində dəmir yolu xətinin çəkilməsi üzrə təmir işlərini davam etdirir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Bakıdan Sumqayıta gedənlərə şad xəbər - Təmir işləri yekunlaşır (VİDEO)

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt istiqamətində dəmir yolu xətinin çəkilməsi üzrə təmir işlərini davam etdirir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-a bildirib.

Məlumata görə, qatarların sürətli hərəkətini təmin etmək üçün 1, 6 km uzunluğunda yeni xətt çəkiləcək. Bu yol vasitəsilə elektrik qatarı "Baş Sumqayıt" stansiyasına daxil olmadan birbaşa Sumqayıt şəhərinə gedəcək. Qeyd edək ki, təmir işlərinin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. İşlər başa çatdırıldıqdan sonra elektrik qatarları ilə Bakıdan Sumqayıta və ya əks istiqamətə 40 dəqiqə vaxt sərf olunacaq.