- Köhnə - Cəmiyyət
- 12 Oktyabr 2012 15:00
- 3 026
İstirahət günlərində hava sürprizi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,
oktyabrın 13-də hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək/ Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacaq.
Elnarə Əlosmanqızı
AzNews.az