"Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək". "Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək".

“Sakinlərə bugünlük 1000 manat kompensasiya veriləcək”

"Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək".



AzNews.az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bunu bu gün Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Hadisə yerinə baş çəkən icra başçısı sakinlərlə söhbət edib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: "Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə - 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək".

Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək: "Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq".

H.Abutalıbov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi hazırda araşdırma aparır: "Əgər binanın yararsız olması barədə rəy verərsə, bina tam söküləcək, əksinə, yararlı olduğu bildirilərsə, bina yüksək səviyyədə təmir olunacaq, hər cür ev əşyaları və avadanlıqlarla təmin edilərək sakinlərin ixtiyarına veriləcək".

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.