- Köhnə - Cəmiyyət
- 2 İyun 2015 12:26
- 2 775
Şuranın dəstəyi ilə Məlumat Bülleteni çap olundu
“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində - “Azərbaycanda müxtəlif mədəni və dini dünya görüşə malik qrupların sosial-mədəni inkişaf” adlı monitorinqi yekunlaşdırıb.
AzNews.az İB-ə istinadən xəbər verir ki, monitorinq zamanı Azərbaycanda yaşayan 20 milli və dini azlığın - avarlar, axaxlar, Axısxa türkləri, almanlar, buduqlar, gürcülər, xınalıqlar, ingiloylar, kürdlər, qrızlar, ləzgilər, malakanlar, ruslar, rutullar, saxurlar, talışlar, tatarlar, tatlar, udilər və yəhudilərin sosial-mədəni həyatı öyrənilib. Layihənin üçüncü fəaliyyət planına uyğun olaraq monitorinq nəticəsində 105 səhifəlik Məlumat Bülleteni hazırlanıb. Məlumat Bülletenində yuxarıda adları çəkilən xalqların tarixi, sosial-mədəni inkişafı, təhsili, mədəniyyəti və dini inancları araşdırılıb.
Məlumat Bülleteni çoxaldılaraq nəfis tərtibatlı nəşrlə KİV-lərə, QHT-lərə və sözügedən milli azlıqları təmsil edən mədəni birliklərə göndərilib.