Azərbaycanda Milli Mətbuat Muzeyi yaradıla bilər. Azərbaycanda Milli Mətbuat Muzeyi yaradıla bilər.

Azərbaycanda Milli Mətbuat Muzeyi yaradıla bilər - Təklif

Azərbaycanda Milli Mətbuat Muzeyi yaradıla bilər.


AzNews.az xəbər verir ki, bu təklif Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı səsləndirilib.

BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev milli mətbuat nümunələrindən ibarət muzeyin yaradılmasını təklif edib.

Ə.Həsənov təklifi müsbət qarşılayıb və müzakirə ediləcəyini bildirib: "Azərbaycan mətbuatının 140 illik tarixi var. Əlbəttə, bu tarixdən əlimizdə maddi nümunələr var. Məsələn, "Molla Nəsrəddin" jurnalının nömrələri və s. materiallar arxivlərdə saxlanılır. Milli Mətbuat Muzeyi ilə bağlı irəli sürülən təklif yaxşı təklifdir. Düşünürəm ki, bunun üzərində müzakirələr aparılmalı və sonda həm elektron, həm də canlı muzey yaradılmalıdır".

Qeyd edək ki, bu gün Əli Həsənov Avropa Oyunları və mətbuatın 140 illiyi ərəfəsində media rəhbərləri ilə görüş keçirib.