İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov MTN-nin İstintaq Təcridxanasında olub. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov MTN-nin İstintaq Təcridxanasında olub.

Komitə rəhbəri Rauf Mirqədirovla görüşdü: "Həkim nəzarətindədir"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov MTN-nin İstintaq Təcridxanasında olub.


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında olub.

Bu barədə AzNews.az-a məlumat verən komitə rəhbəri "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovla görüşdüyünü bildirib. O, Mirqədirovun vəziyyətinin yaxşı olduğunu qeyd edib: "Saxlanma şəraitindən razıdır. Evdən azuqə gəlir. Təzyiqdən əziyyət çəkdiyi üçün həkim nəzarətindədir və dərmanla təmin olunur. Həkim mənə bildirdi ki, R.Mirqədirovun səhhəti ilə bağlı ciddi bir problemi yoxdur".

Xatırladaq ki, jurnalist 2014-cü ilin aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, dövlətə xəyanətdə ittiham olunur.

E. Behbudov Arif Yunus və Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: "A.Yunusun səhhəti ilə bağlı şikayəti yoxdur. Bu yaxınlarda həkim komissiyasının müayinəsindən keçib. Hacı Məmmədov isə şəkərdən əziyyət çəkir. Həkim nəzarətindədir. Lakin H.Məmmədov özünü təbii üsullarla müalicə etməyə üstünlük verir".

Nigar ETİBAR