- Köhnə - Cəmiyyət
- 9 İyul 2015 16:33
- 5 884
Kərəm Həsənovun işdən qovdurduğu rəislə bağlı - Yeni məlumatlar

Şamaxının yol polis rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad olunub.
AzNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov azvision.az-a açıqlamasında bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb.DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.
E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır.
Qeyd edək ki, mətbuatda Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov göstərilirdi.
Bildirilirdi ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.