“İki il öncə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Avropa İttifaqı, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir". “İki il öncə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Avropa İttifaqı, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir".

SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı bir neçə təklif verdi

“İki il öncə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Avropa İttifaqı, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir".



AzNews.az-ın məlumatına görə "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

E. Nəsirov bildirib ki, DESFA-nın özəlləşdirilməsi ilə bağlı anlaşılmazlıq SOCAR-ın bu şirkətdə almaq istədiyi payla bağlıdır.

"Biz bu məsələ üzərində işləyirik, həm Yunanıstan, həm də Avropa Komissiyasına müxtəlif variantlar təklif edirik. Bu proses hazırda da davam edir", - deyə vitse-prezident qeyd edib.

E. Nəsirov qeyd edib ki, DESFA-nın özəlləşdirilməsi ilə bağlı razılıq 2 il əvvəl verilsəydi, "ən azından Yunanıstan hökuməti hazırda buradan gələn vəsaitlərdən istifadə edə bilərdi". "Hətta Yunanıstan hökuməti bu gün kreditorlarla da hesablaşa bilərdi. Düşünürəm ki, bu da bizim tərəfimizdən Yunanıstan iqtisadiyyatına verdiyimiz bir töhfə olardı", - deyə SOCAR rəsmisi qeyd edib.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.